“Bosson” şirkəti Belarus – Azərbaycan işgüzar görüşünə qatılıbMeçislav Qoy: "Belarusda Azərbaycan iqtisadiyyatına böyük maraq
var"
7 dekabr 2017-ci ildə İqtisadiyyat Nazirliyinin
dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun(AZPROMO)
təşkilatçılığı ilə Azərbaycan-Belarus işgüzar görüşü keçirilib. Tədbirdə
Azərbaycan və Belarusdan olan rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye,
tikinti, əczaçılıq, İKT, konsaltinq, logistika və digər sahələrdə fəaliyyət
göstərən 40-a yaxın sahibkar iştirak edib. Görüşə “Bosson” şirkəti və onun
rəhbərliyi də dəvət edilib. Direktor Zaur Nəcəfov tədbirdə Belarusdan olan iş
adamları ilə görüşüb. Dialoq zamanı ölkələr və şirkətlərarası münasibətlərin və
əlaqələrin qurulmasından bəhs edilib. Əməkdaşlıq perspektivləri müzakirə
edilib. İşgüzar tədbirdə çıxış edən AZPROMO-nun prezidenti Rüfət Məmmədov qonaqlara Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, eləcə də Azərbaycan-Belarus iqtisadi əlaqələri və əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib. Məmmədov həmçinin ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlərdən də bəhs edib. Tədbirə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 7 Belarus şirkəti qatılıb. Qonaqlara rəhbərlik edən nümayəndə heyətinin və
Belarusun Qrodno şəhərinin icra komitəsinin sədri, Meçislav Qoy isə ölkəsində
Azərbaycan iqtisadiyyatına böyük maraq olduğundan, iki ölkə arasında
iqtisadiyyatın müxtəlif sahələrində mümkün əməkdaşlıq imkanlarından bəhs edib.
Qoy Meçislav yeni biznes əlaqələrinin qurulması baxımdan işgüzar görüşlərin
əhəmiyyətini diqqətə çatdırıb, hər iki ölkənin iş adamlarını fəal əməkdaşlığa
dəvət edib. Digər bir qonaq, Belarusun Ticarət-Sənaye Palatasının
Qrodno şəhəri üzrə rəhbəri Miçeslav Kostyuk Azərbaycan və Belarusun işgüzar
dairələri arasında əməkdaşlığın inkişaf etdiyini qeyd edib. İşgüzar görüşdə
Qrodno vilayətinə dair video çarx nümayiş edilib. Tədbir iş adamları arasında ikitərəfli görüşlər və
dialoqlarla davam edib.
Bosson.az Tarix: 2018-01-11 18:36:00 Bütün xəbərlərə bax |
|
© 2024 All rights reserved.
|