“AzTv” “Bosson” şirkətinin uğur və təcrübələri haqqında süjet hazırlayıb - VİDEO"Çalışırıq ki, Azərbaycanda istehsal olunan məhsulları xarici dövlətlərə tanıtdıraq" - Zaur Nəcəfov 27 aprel 2017-ci ildə Azərbaycan Dövlət Televiziyası (AzTv) “Bosson” şirkəti ilə bağlı tele süjet hazırlayaraq, şirkətin məhsulları və uğurlu təcrübələrindən bəhs edib: Azərbaycanda qeyri-neft
sektorunun inkişafı prioritet sahədir və ölkədə kiçik və orta sahibkarlığa göstərilən
dəstək əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılmasını təmin
edir. Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsininin sistemli şəkildə
həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyinin səmərəsinin yüksəldilməsinin
təmin edilməsinə yönəldilib. “Bosson” MMC-nin direktoru Zaur Nəcəfov da son
zamanlar ölkədə sahibkarlığın inkişafı istiqamətində atılan addımların sistemli
və ardıcıl xarakter daşıdığını, sahibkarlığın inkişafına böyük dəstəyin göstəricisi
olduğunu vurğulayır. “Made in Azerbaijan” brendini xarici bazarlarda təşviqi ilə
bağlı görülən işlərdən bəhs edən sahibkar bunu ölkədə sahibklarlığın inkişafına
dövlət dəstəyi, eyni zamanda, yerli sahibkarlığın inkişafına göstərilən diqqət
və qayğının bariz nümunəsi olduğunu bildirdi. “Bu gün
sahibkarlığın inkişafına cənab prezidentimizin dəstəyi və köməyi nəticəsində sahibkarlar
çox fəal şəkildə fəaliyyətlərində bir dönüş yaradıblar. Və onlarla bərabər biz
də, həmçinin bu istiqamətdə öz səylərimizi artırırıq. Çalışırıq ki, Azərbaycanda
istehsal olunan məhsulları xarici dövlətlərə tanıtdıraq. “Made in Azerbaijan” brendindən
bir reklam kimi istifadə edək. Xarici dövlətlərdə ölkəmizi layiqincə təmsil edək”,
- deyə direktor Zaur Nəcəfov qeyd edib. Zaur Nəcəfov əsasən,
dekorativ, keramik üzlük materiallar istehsal edən şirkətin hazırda “Made in
Azerbaijan” brendi adı altında Rusiya, Qazaxıstan və Gürcüstana məhsul ixrac
etməyə hazırlaşdığını vurğuladı. Mənbə: AzTV Tarix: 2018-01-11 18:36:48 Bütün xəbərlərə bax |
|
© 2024 Bütün hüquqlar qorunur.
|